SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunun Yeniabad kəndindəki istixanaların birinin hovuzunda boğulan qadının şəxsiyyəti və hadisənin təfərrüatı məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu 1969-cu il təvəllüdlü Tatyana Əliyevadır.

Hadisə qadın istixananın hovuzunun yaxınlığından keçərkən baş verib. O, ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır

***20:21

Şəmkirdə orta yaşlı qadın hovuzda boğulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yeniabad kəndindəki istixanaların birində qeydə alınıb.

Orta yaşlı qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) istixanaya məxsus hovuzda boğulub. Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

BAKU.WS