SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Türkiyə ordusu terrorçulara qarşı əməliyyatlarda 21 şəhid verib.
 
BAKU.WS-in məlumatına görə, Hakkarinin Yüksekova bölgəsində PKK terror təşkilatının həyata keçirdiyi terror aktı nəticəsində ölü sayı getdikcə artır. Bölgədəki qaynaqlar əsgərlərin gecə boyunca terrorçularla döyüşdüyünü və çox sayda əsgərin yaralandığını bildiriblər.

Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı dünən gecə yaydığı məlumatda şəhidlərin sayını açıqlamayıb. Bunun səbəbi olaraq isə şəhid olan əsgərlərin ailələrinə məlumat verilməməsi və itkin düşənlərin olması göstərilir. 

Bir başqa iddia isə əsgərlərin itkin düşməsi ilə bağlıdır. Baş Qərargahın gün ərzində şəhid olan və əsir düşən əsgərlərin adını açıqlayacağı gözlənilir.
 
ŞAHİN Həbibov
BAKU.WS