SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

BAKU.WS