SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə yaşayan 14 yaşlı qıza cinsi təcavüz etməkdə günahlandırılan Azərbaycan vətəndaşı, 26 yaşlı Əhməd G. Həbs edilib. BAKU.WS-in məlumatına görə, Azərbaycanın Naxçıvan şəhərindən olan Əhməd G. bir il əvvəl 8-ci sinif şagirdi olan N.S.D. ilə internet vasitəsilə tanış olub. Sosial şəbəkələrdə tanış olaraq, dostluğa başlayan cütlük bir müddət sonra bir-birilərinə aşiq olublar.

Qıza dəlicəsinə aşiq olan Əhməd G. 2015-ci ilin iyul ayında Türkiyəyə gedir. Orada 14 yaşlı qızla görüşən Əhməd G. sonradan evlənmək istədiyini bildirib. Qızın ailəsinə görüşən azərbaycanlı rədd cavabı alıb. N.S.D.-nin anası qızının hələ yetkinlik yaşına çatmadığını bildirib.

Lakin N.S.D. azərbaycanlı sevgilisindən əl çəkməyib. O, oğlana deyib ki, əgər birlikdə olsalar, ailəsi onları evləndirməyə məcbur olacaqlar. İyul ayının sonlarında N.S.D. xalasıgilə getmək adı il çıxaraq Əhməd G. ilə bir oteldə görüşüblər.

Cütlük bir neçə dəfə oteldə görüşərək cinsi əlaqədə olub. Sonradan qız hər şeyi xalasına və digər qohumlarına danışıb. Hadisədən xəbər tutan N.S.D.-nin valideynləri polisə şikayət edib.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Əhməd G. verdiyi ifadədə qızı zorlamadığını bildirib. O, N.S.D. –nin 18 yaşlı olduğunu düşünüb və onunla bu səbəbdən cinsi əlaqədə olub. Əhməd həmçinin polisə bildirib ki, qızla evlənmək istəyir.

N.S.D.  də polisə oğlanı sevdiyini bildirib və onunla könüllü olaraq münasibətdə olduğunu deyib. Lakin qızın valideynləri şikayətlərini geri götürməyiblər.

Şikayət əsasında Əhməd G. "yeniyetmə yaşa çatmayan qıza təcavüz” maddəsilə həbs edilib.

Ziya Səccad
BAKU.WS