VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Nizami rayonunda iki mənzilində fahişəxana təşkil edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hər iki ev Naxçıvanski küçəsində yerləşib.

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Naxçıvanski küçəsi ev 64-də və Naxçıvanski küçəsi 39 ünvanında əxlaqsızlıq yuvasının təşkil olunduğu məlum olub.

Keçirilən əməliyyat nəticəsində 1993-cü il təvəllüdlü Fəqan Əzizi və 1961-ci il təvəllüdlü Əsmər Kazımova saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS