SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Metronun "İçərişəhər" istiqaməti ilə hərəkət edən qatar "Nərimanov" - "Gənclik" metro stansiyaları arasında olan zaman təxminən 30-35 yaşlarında qadın huşunu itirərək yıxılıb. Ətrafdakı sərnişinlərin təcili müdaxiləsi ilə qadın bir qədər özünə gəlsə də, o, ikinci dəfə huşunu itirərək yıxılıb.

Halı pisləşən qadın metronun "Gənclik" stansiyasında sərnişinlərin köməyi ilə platformaya düşürülüb.
 
Milli.az
BAKU.WS