SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir.

Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.
 
BAKU.WS