SİZİN REKLAM BURADA!
055 213 76 73


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayon ərazisində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları yeddi avtomat, üç qumbaraatan, üç pulemyot, yeddi qumbaraatan mərmisi, səkkiz əl qumbarası, dörd partladıcı vasitə, üç sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS
VİDEO