VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xətai prospektində baş verib.

“Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətə çıxaraq manevr etmək istəyib. Bu zaman o, sükana nəzarəti itirərək maşınını “Renault” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbənin gücündən “Renault” yol kənarında dayanan digər “Mercedes” markalı maşına, o da “Hyundai” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Renault”da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.

BAKU.WS
VİDEO

QALEREYA