SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir neçə gün əvvəl Salyanda dünyaya gələn üçəmlərdən ikisinin dünyasını dəyişməsi hər kəsin ürəyini ağrıtdı. 

BAKU.WS Bizimyol-a istinadən məlumat verir ki, valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə bildirirdilər ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Baş həkim Hüseynağa Həsənov bildirmişdi ki, körpələr işıqlar sönməmişdən əvvəl dünyasının dəyişiblər.

Bizimyol.info saytına təqdim olunan həvəskar videoçəkiliş isə sübut edir ki, işıqlar sönən zaman körpələr sağ olub. Belə ki, işıq sönən zaman yaxınları narahatlıqla bildirirlər: "İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”. 

Əgər uşaqlar işığın sönməsindən əvvəl ölmüş olsaydı, yaxınları bundan xəbərdar olmalıydı. 

Həmin görüntüləri təqdim edirik: