SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
 
BAKU.WS