SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yolun ortasında olan işıq dirəklərindən biri qəzalı vəziyyətə düşüb. Hər an aşma təhlükəsi olan bu işıq dirəyi sürücülər üçün təhlükəli vəziyyət yaradır. Problemə aidiyyəti dövlət qurumu da münasibət bildirib.

BAKU.WS xəbər verir ki, çox sayda avtomobilin hərəkət etdiyi yolun düz ortasında işıq dirəyi sürücülərə təhlükəli vəziyyət yaradır.

Bu işıq dirəyinin aşma təhlükəsi olduğundan sürücü və piyadalar yoldan ehtiyatla keçirlər. Problem paytaxtın Nizami rayonu ərazisində, Qara Qarayev prospektində yaşanır.

Sürücülər deyirlər ki, problem qısa vaxt ərzində həll edilməzsə və qəfil külək əsərsə, işıq dirəyi yoldan keçən avtomobillərin üzərinə düşə bilər.

Məsələ ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik şəbəkə müəssisəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, həmin ərazidə olan işıq dirəyi ötən gün gecə saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yararsız hala düşüb. Hadisə avtonəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozaraq qəza törətməsi nəticəsində baş verib. Həmin problem qısa zaman ərazində aradan qaldırılacaq.

BAKU.WS
VİDEO