SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avstraliyada yaşayan Trina Hibberd adlı qadın ötən gün həyatının ən qorxulu anlarını yaşayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, gecə 4:30-da yuxudan ayılan qadın qonaq otağında 5 metrlik piton ilanını görüb. İlanın qonaq otağından yataq otağına getdiyini görüncə qadın ilan ovçularını çağırıb.
 
İlan ovçusu bildirib ki, indiyə kimi gördüyü ən böyük piton ilanıdır:
 
"Qadın bizə zəng edəndə çox təlaşlı idi, çox qorxmuşdu. Bu da normaldır. Ona yataq otağının qapısını bağlayıb, bizi gözləsini bildirdim. Biz evə gəldikdə ilanı görüb təəccübləndik, çünki, indiyə kimi gördüyüm ən böyük piton idi". 
 
İlanın uzunluğunun 5 metr, çəkisinin isə 30 kiloqram olduğu məlum olub. 
 
BAKU.WS