SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus avtomobil əqəzaya uğrayıb. 
 
BAKU.WS xəbər verir ki, hadisə Kiyevdə baş verib. Yerli mətbuatən yaydığı məlumata görə, Kiyevin Poçt meydanında VAZ markalı avtomiobil arxadan Azərbaycan səfirliyinə məxsus "Opel”ə çırpılıb. Zərbənin təsirindən səfirliyin maşını yolun kənarında dayanmış iki avtomobilə dəyib. Eyni zamanda avtomobilin yanacaq çəni partlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını almaq üçün önləyici tədbirlər görüblər.
 
Qəzada xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Faktla bağlı polis araşdırmaya başlayıb.
 
BAKU.WS