SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Hadisə Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

BAKU.WS xəbər verir ki, xəstəxanadan “qaynarinfo”ya verilən məlumata görə, 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.

Səhnə adamını vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilib.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

BAKU.WS