SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi Şəhla Kazımbəyli dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə Universitetdən bildirilib:

"Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi, müəllimlərin, tələbələrin və universitet əməkdaşlarının sevimlisi Şəhla Kazımbəyli dünyasını dəyişmişdir.

ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik".

BAKU.WS