SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

İ.Mehdiyevin müalicəsi Zaqatala RMX-də davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını itirib.

BAKU.WS