SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

İŞİD daha bir türk əsgərini girov götürüb.

 

BAKU.WS məlumat verir ki, Türkiyə-Suriya sərhədində İŞİD terror təşkilatı ilə türk əsgərləri arasında atışma zamanı bir əsgər itkin düşüb. Əsgərin İŞİD-in girovluğunda olduğu deyilir.

 

Yaralı olan əsgər Hələb şəhərində İŞİD-ə aid xəstəxanalardan birində müalicə olunduğu deyilir. Xüsusi təyinatlılar türk əsgərin girovluqdan azad edilməsi üçün əməliyyatlara başlayıblar.

 

İŞİD üzvləri sosial şəbəkələrdə əsgərin azad edilməsi üçün Türkiyənin İŞİD-ə qarşı mübarizəsini dayandırmasını tələb ediblər. Xüsusi təyinatlıların komandiri isə bildirib ki, İŞİD-lə heç bir danışığa gedilməyəcək. Türk əsgərin azad edilməsi üçün əməliyyatlar davam etdirilir.

 

Ayşən Ayxan

BAKU.WS