SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.

BAKU.WS report-a istinadən bildirir ki, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

N.Quliyevanın adı sonuncu amnistiya aktına düşməyib.

Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in "Qara kəmər" əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 15-də bəzi KİV-lər onun amnistiya aktı ilə azadlığa buraxılmasına dair məlumat yayıb.
 
BAKU.WS