SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB)  iclası başlayıb. ANS PRESS-in məlumatına görə, 70 illik yubileyə həsr olunmuş iclasda MDB müdafiə nazirləri görüşüblər.

Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi qurumlarının nümayəndə heyətləri, habelə MDB İcraiyyə komitəsinin nümayəndələri və MDB ölkələri müdafiə nazirləri Şurası Katibliyi iştirak edirlər.
 
İclasda MDB iştirakçılarının hərbi idarələrinin qarşılıqlı fəaliyyətinin perspektiv istiqamətlərinə baxılır. Bundan başqa, ölkələrin 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının həyata keçirilməsinin gedişi müzakirə olunacaq, 2017-ci ildə ölkələr arasında iş qurmaq barədə danışıqlar aparılacaq və dövlətlərin hava-kosmik müdafiə Konsepsiyası layihəsi müzakirə edilir.

İclas gedişatındə MDB üzvü olan dövlətlərin müdafiə nazirlərinin bir sıra ikitərəfli görüşlər də keçirilib. Burada hərbi əməkdaşlığın və hərbi-texniki sahələrdə aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Məlumata görə, bu ikitərəfli görüşlərdən biri Rusiya və Azərbaycan müdafiə nazirləri arasında keçirilib. Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını bildirib.

Azərbaycanın müdafiə naziri ilə görüşdən şad olduğunu deyən S.Şoyqu iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Rusiyanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.

Nazir Zakir Həsənov rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.
 
BAKU.WS