VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Salyan rayonunda 15 yaşlı yeniyetmə suda batıb.
 
Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 2001-ci ildə anadan olmuş Alxas Sadıq oğlu Mirməmmədov bu gün günorta saatlarında Akkuşa çayının qadağan olunmuş təhlükəli və dərin hissəsində çimərkən qəfildən su onu aparıb. Sudan çıxa bilməyən Alxas Mirməmmədov həyatını itirib.

Dərhal əraziyə Fövəqadə Hallar Nazirliyinin  dövlət sularda xilasetmə briqadasının əməkdaşları cəlb edilib. Hazırda onun cəsədinin tapılaraq sudan çıxarılması istiqamətində axtarışlar aparılır.
 
BAKU.WS