SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib.

Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı da tərəfləri ayırmaq istəyərkən bıçaqlanıb.

Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır.

BAKU.WS