SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ötən gün axşam saatlarında "Qanun" nəşriyyatına  gələn polis əməkdaşları bu səhər nəşriyyatın ətrafında lentlər çəkiblər və əraziyə əlavə polis qüvvələri cəlb olunub". Bunu ANS PRESS-ə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qurum ətrafında baş verən prosesləri şərh edərkən bildirib. 

Direktorun sözlərinə görə, polislər ilk dəfə nəşriyyata gələndə bildiriblər ki, Daxili İşlər Nazirliyinin "102 çağrı mərkəzi"nə binada bomba olması barədə məlumat daxil olub. Başqa bir polis əməkdaşı isə nəşriyyatda meyitin olması haqda onlara məlumat verildiyini bildirib:

"İlk olaraq əraziyə təxminən 15-20 polis əməkdaşı gəlib. Onlar nəşriyyata daxil olduqda iş saatı qurtardığı üçün əksər otaqlar bağlı idi. Polis əməkdaşları qapısı açıq otaqlarda yoxlama aparıblar və nəşriyyatda olan insanlar binadan çıxarılaraq obyekt nəzarətə götürülüb".

Ş. Xuduoğlu deyir ki, hazırda işçilər binaya buraxılmır: "Hazırda qapılar bağlıdır. Bina gecə də polis nəzarətində olub. Əsas qapının açarı polis əməkdaşları tərəfindən götürülüb və mühafizəçinin telefonu əlindən alınıb. Nəzarəti Bakı Şəhər Baş Polis İdarəsi və DİN-nin Baş Cinayət Axtarışı İdarəsi həyata keçirir".Nəşriyyat direktoru onu da bildirdi ki, o Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət hazırlayır: "Müraciətdə qeyd olunur ki, artıq ikinci gündür ki, nəşriyyatın mülkiyyətində olan binadan istifadə üçün imkan yaradılmır. Bunun səbəbləri nələrdir?Eyni zamanda məhkəməyə müraciət üçün də sənədlər hazırlayıram. Hazırda bizi ən çox maraqlandıran binanın nəzarətə götürülmə səbəbləridir".

Ş.Xuduoğlu nəşriyyatın binasının ətrafında 3 yerdə post qurulduğunu da bildirib.

Ölkədə istirahət günü olduğundan hələlik məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.
 
BAKU.WS