SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə xalq artisti, kaman ustası Habil Əliyev bu gün dünyasını dəyişməsilə bağlı məlumatlar yayılıb.

 

BAKU.WS məsələyə aydınlıq gətirmək üçün Habil Əliyevin yaxınları ilə əlaqə saxlayıb. Habil Əliyevin yaxınlarının verdikləri məlmata görə, hazırda Habil Əliyev sağdır. Lakin xalq artisti komadadır. Hazırda həkimlər onun yanında növbə çəkirlər.

 

Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti ötən həftə qəfil pisləşib.


Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə,Fransa , Hindistan, Pakistan,İran , Misir, İsveçrə, Niderland, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olmuşdur.

Ziya Səccad
BAKU.WS