Ağdamda iribuynuzlu heyvan minaya düşüb.

BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə rayonun Əsədli ərazi nümayəndəliyinin Küdürlü kəndində qeydə alınıb.
 
Kənd sakini Bədrəddin Əliyev Qarqar çayının sahilində heyvanları otararkən onlardan biri minaya düşüb və partlayış baş verib. Heyvan tələf olub.
 
Mina partlayışı nəticəsində insan itkisi olmayıb.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ