055 213 76 73
Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib.
Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Qadının pəncərənin şüşəsini silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
BAKU.WS