SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.

BAKU.WS Report-a istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.

Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS