SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtda ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir. ANS TV-nin məlumatına görə, qeyri-rəsmi nigah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.

Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar, bir neçə gün öncə övladı ilə ata yurdu - Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb.

Məmmədovun dediklərinə görə, həyat yoldaşı ilə hər zaman normal münasibəti olub. Hətta Bəxtiyar məhbus olduğu vaxtlarda qadın onu tək buraxmayıb. Uzun illər bir yastığa baş qoyduğu qadını xəstəxanalıq edən Bəxtiyar əməlindən peşman olmadığını deyib.

Övladını rayona göndərən Bəxtiyar daha sonra evinə qayıdıb. Yaralı qadın tibb ocağında müalicəyə göndərilib. Bəxtiyar Məmmədovu isə ona  yad olmayan həbsxana divarları gözləyir.
 
Oxşar cinayət hadisəsi ötən günü Samux rayonunda baş verib. Ailə üzvləri arasında yaranan münaqişə qətl ilə nəticələnib. Həyat yoldaşından boşanaraq ata evinə qayıdan Gülnarə Həsənovanı qardaşı qətlə yetirib.

Samuxun Hacıalılı kəndində 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovaya boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. G.Həsənova hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Cavad Həsənovun iki övladı var və o, cinayəti törədən zaman içkili olub. Qətlin Gülnarə Həsənovanın övladının gözü qarşısında törədildiyi bildirilir.
 
BAKU.WS