VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

Bu barədə Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, sərnişinlər "Ulduz" stansiyasında "Həzi Aslanov" istiqamətində hərəkət edən qatardan düşürdülüb. Buna səbəb qatarda nasazlıq ehtimalı olub.

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.

BAKU.WS