SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Facebook sosial şəbəkəsində "Formula 1" yarışlarında iştirak edən könüllü gənclərin "My Way" adı altında videoçarxları yayılıb. 
 
BAKU.WS məlumat verir ki, videoçarxda gənclər qısa həyat yollarından, əldə etdikləri uğurlardan bəhs ediblər. Könüllülərin sözügedən videoçarxları internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri gənclərin ünvanına sərt tənqidi sözlər yazıblar. "Vine"lər hazırlayıb onları ələ salanlar da olub. 

Sosial şəbəkə istifadəçilərinin tənqidlərindən sonra xanım könüllülərdən bir neçəsinin ailəsində problem yaşandığı bildirilir. Hətta xanımlardan birinin səhhətinin pisləşdiyi və xəstəxanaya aparılması ilə bağlı məlumatlar yayılıb. 
 
BAKU.WS sözügedən videoçarxlardan birini təqdim edir.