SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının mərkəzi hissəsində bomba həyəcanı yaşanıb. 
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda içtimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub. 
 
Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunmuş və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar  edilməyib.  

Əməliyyat saat 09:20-də başa çatıb. 
 
Azad Əliyev
BAKU.WS