SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhər saatlarından Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində tıxac müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı Sumqayıt şosesi - Xırdalan dairəsindən başlayaraq bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eləcə də Qara Qarayev prospekti - əsas yol və köməkçi yol Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində;

Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində; Afiyəddin Cəlilov küçəsi - Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şosesinə çıxan yol;

Zabrat şosesi - Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində;

Binəqədi şosesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Ziya Bünyadov prospekti – əsas yol - əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində;

Akademik Həsən Əliyev küçəsi - 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində sıxlıq müşahidə edilir.

BAKU.WS