SİZİN REKLAM BURADA!
055 213 76 73


Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

***18:05

Daşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib.

Toy mərasimi zamanı düşən mübahisədə bir nəfər bıçaqlanıb. Həmin şəxs hadisə yerində vəfat edib.

Toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS