VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Balakən Mərkəzi Rayon Xəstəxanasında intihara cəhd olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəstəxananın terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib, sonra özünü xəstəxananın ikinci mərtəbəsindən atıb. 
 
Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
 
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
BAKU.WS