SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, zəncirvari qəza “Memar Əcəmi” metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 2 “Hyundai” markalı avtomobil ilə “Toyota” və “VAZ-2106” markalı maşın toqquşub.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO