SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə azərbaycanlı hərbçilərinin də iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərini izləyiblər. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin yeni baş naziri Binəli Yıldırım ve Baş qərargah rəisi Hulusi Akar da təlimləri müşahidə ediblər. 

Qeyd edək ki, təlimlər quruda, suda, havada həyata keçirilir. Türkiyənin yerli istehsalı olan Atak helikopterləri də təlimlərə qatılıb. İzləyicilərə həyəcanlı anlar yaşadan təlimlər zamanı havadan şərti düşmən hədəfləri vurulub, həmçinin gəmilərdən hücumlar təşkil edilib. 
 
BAKU.WS