VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.

 

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədə hərbçilərin şərti düşməni məhvini izləyib. İzmir şəhərində Azərbaycanın da iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərində bu gecə əsl göyüş abu havası yaşanıb. Təlimlərdə həqiqi raketlərdən istidadə edilib.  Türkiyənin İzmir şəhərində keçirilən təlimlərdə terrorla mübarizəyə daha çox diqqət ayılıb.


Bu gecə təlimlər hava hücumu ilə bağlı olub. 


Gecə təlimlərində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı hərbçiləri havadan, Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qətər və Səudiyyə Ərəbistanından olan hərbçilər dənizdən hücuma keçiblər. Xüsusi təyinatlılar ərazidə kəşfiyyat apardıqdan sonra quruya top zərbələri endirilib. İştirakçı ölkələrin Silahlı Qüvvələri "F 16" qırıcıları ilə müəyyən edilən hədəfləri bombardıman ediblər.


Gecə təlimləri Türkiyə vaxtı ilə 20.30-dan 22.10-a qədər (Bakı vaxtı ilə 21.30-23.10) davam edib. 

 

BAKU.WS