SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda montyor iş başında ölüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Məlumata görə, "Azərişıq" ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

O, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.

BAKU.WS