VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Media nümayəndələri İngiltərə və Rusiya arasında keçiriləcək Euro 2016 matçı zamanı İŞİD-in terror aktı törətməyə planlaşdırıldığını öyrənib.

BAKU.WS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD-in növbəti hədəfi Marselin yerli stadionunda Avropa Kubokunun qrup mərhələsi çərçivəsində keçiriləcək Rusiya və İngiltərə milli komandalarının matçıdır. Terror aktı törətməyə canlı kamikadze və silahdan istifadə etməyi planlaşdırıldığı bildirilir. Təhlükəsizlik planının ən yüksək səviyyədə təmin etmək üçün otel, məşq stadionlarını hüquq-muhafizə orqanları tərəfindən güclü nəzarətə götürüldüyü bildirilib.

Qeyd edək ki, Euro 2016 iyunun 10-dən iyulun 10 dək Fransada keçiriləcək. Rusiya, İngiltərədən əlavə Uels və Slovakiyaya qarşı qrup mərhələsində oynayacaq.

BAKU.WS