SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Biləsuvar rayonu Dərvişli kəndinin İzzətulla adlı mollası mollasını döyüb.

BAKU.WS-in xeberoxu.com.-a istinadən verdiyi məlumata görə, uzun illərdən bəri mollalıqla məşğul olan Biləsuvar rayonun Dərvişli kənd sakini İzətulla adlı kənd mollası, qonşusu 28 yaşlı qıza quran dərsi keçmək adıyla evində nalayiq hərəkətlərə yol verdiyi aşkar edilib.

İddialarda o da qeyd edilir ki, quran dərsi vermək adı ilə hər gün evinə dəvət edilən 28 yaşlı qızla mollanın arasında cinsi əlaqə yarandığı bilidirilir. Sözügedən olayla bağlı qızın valideynlərinin xəbər tutmasından sonra Biləsuvarda biabırçı olay yaşanıb. Belə ki,etibarlı mənbənin verdiyi məlumata görə qızın yeznəsi mollanı küçənin ortasında lüt soyundurub və üzərində biabırçı əmməllər törədərək küçənin ortasında gəzdirib. Biləsuvarda şok yaradan bu xəbərdən sonra molla ilə cinsi əlaqədə olan qızın yeznəsi həbs edilib.

Ölkə.az məsələnin təfərrüatını araşdırıb. Məlum olub ki, mollanı 40 yaşlı Evvazov Elşən Abbas oğlu döyüb. O, 1989-cu il təvəllüdlü bacısı qızı Sima Əliyevayan (ad şərtidir) görə bu addımı atıb. Bildirilir ki, S.Əliyeva bir müddətdir 3 qız atası olan molladan dərs almaq üçün bir müddətdir onun yanına gedirmiş.
Həmçinin qeyd olunur ki, zərərçəkmiş Əliyeva bir müddət öncə həyat yoldaşından boşanıbmış.

Hazırda molla xəstəxanada müalicə olunur, E.Eyvazov isə polis tərəfindən saxlanılıb.  
 
Biləsuvar rayonu Dərvişli kəndində həmkəndlisi tərəfindən döyülən molla İzzətulla Məmmədov Ölkə.Az-a danışıb.

Məmmədov bildirib ki, onun 27 yaşlı Sima Əliyeva (ad şərtidir) eşq yaşadığı və buna görə döyülməsi barədə deyilənlər həqiqəti əks etdirmir:

"Mənim dörd qızım, ailəm, nəvələrim var. Özüm də ibadətlə məşğul olan adamam. Təzəlikcə mollalığa başlamışam. Bu söz-söhbət mənim karyerama ləkə yaxmaq üçündür. O xanımla biz qonşuyuq, boşanıb. Amma aramızda heç nə olmayıb. Öz həyat yoldaşıma nə olub ki? Bir də ki, başa düşmürəm, sevmək nə vaxtdan cinayət olub? O hansı maddəylə qadağandır ki? İnanın ki, aramızda elə söhbət olmayıb və ola da bilməz. Bütün bu söhbətlər məni gözdən salmaq üçündür".

İ.Məmmədov bildirib ki, onu S.Əliyevanın dayısı Elşən Eyvazov və dayısı Elşadın oğlu döyüb, əynindən paltarını cıraraq çıxardıblar.

İ.Məmmədovun rayon bələdiyyəsində işləyən qardaşı Qədir Məmmədov Ölkə.az-a sözügedən olayla bağlı ilginc açıqlamalar verib. Gün ərzində müsahibə təqdim ediləcək.
 
BAKU.WS