VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza sürücünün yüksək sürətlə avtomobili idarə etməsi səbəbindən baş verib.

"BMW" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Bu səbəbdən avtomaşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

BAKU.WS