SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qətl qısqanclıq zəminində baş verib. Hadisəni törədən rayon sakini Anar Əliyev Şəki rayon Sarıca kəndində müəllim işləyir.

A.Əliyev həyat yoldaşının ona xəyanət etdiyini əsas gətirərək ondan boşanmaq qərarı verib və bununla bağlı məhkəməyə müraciət edib.

Bu gün keçirilən məhkəmə prosesindən sonra Anar Əliyev həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib. Mübahisə zamanı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla Arzu Abbasovaya 2-3 zərbə vurub.

Daha sonra o, məhkəmə binasının qarşısında qadının boğazını kəsib. Yaxınlıqdakı şəxslər A.Əliyevi saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verib.

Cütlüyün birgə nikahdan 3 övladı var.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində istintaqa təhvil verilib.

***12:59

Tərtər Rayon Məhkəməsinin qarşısında baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, öldürülən 1995-ci il təvəllüdlü Arzu Abbasova əslən Samux rayonundandır.

O, 2014-cü ildə qohumu - Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əliyevlə evlənib və bu rayonda birgə yaşayıblar.

Daha sonra qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Məlumata görə, Anar Əliyev arvadından boşanmaq istəmirmiş.

Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyevlə həyat yoldaşı Arzu Abbasova arasında mübahisə olub. Mübahisə zamanı Anar Əliyev bıçağa əl atıb və o, bir neçə bıçaq zərbəsi ilə qadını qətlə yetirib.

Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məktəbində ibtidai sinif müəllimi işləyir.

O, ötən gün məhkəməyə görə məktəb direktorunun adına icazə ərizəsi yazaraq Şəkidən Tərtərə qayıdıb.

Cütlüyün üç azyaşlı oğlan övladı var.

Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

BAKU.WS