Gəncədə kütləvi dava olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb.

Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.
 
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir.

Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ