SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ” və "Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Finalda minimal hesabla qalib gələn Ağdamın "Qarabağ” komandası Azərbaycan kubokunun qalibi olub.

BAKU.WS xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər arasında dava olub. Oyundan sonra stadionun qarşısında bir neçə "Neftçi" azarkeşi "Qarabağ" azarkeşlərinə sataşaraq, "bura bizimdir, çıxıb gedin Qarabağınıza" və s. kimi şüarlar səsləndirib.
 
Bundan sonra vəziyyət gərginləşib və gənclər əlbəyaxa dalaşıblar. Stadion qarşısında baş verən döyüşə polislər müdaxilə edib. 
 
BAKU.WS