SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çilidə bir zooparkda intihar məqsədi ilə aslanlarla dolu qəfəsə girən gəncdən xəbər var.
 
BAKU.WS-in məlumatına görə, şirlərə yem olan şəxsin kimliyi məlum olub. 20 yaşındakı Franko Ferradanın qəfəsə atlamadan əvvəl cibinə bir intihar məktubu qoyduğu üzə çıxıb. 

Ferradanın anası hələ 11 yaşındaykən döş xərçəngindən dünyasını dəyişib. Ferradanın atasının isə əyyaş olduğu ifadə ediliv. İnternatda böyüyən uşağın psixoloji problemləri olduğu bilinir.

Həyatına son vermək istəyən Ferrada soyunduqdan sonra aslanların olduğu qəfəsin içinə girmişdi. Aslanlar da qəfəsdəki Ferradaya hücum edib, ona yaralamışdı. Vəziyyəti görən vəzifəlilər isə gəncin həyatını xilas etmək üçün iki aslanı vuraraq öldürmüşdü. Xəstəxanaya qaldırılan və ölümdən döndüyü ifadə edilən Ferradanın həyati təhlükəsi yoxdur.
 
BAKU.WS