SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1967-ci il təvəllüdlü Yusifov Babək Xudaverdi oğlunu avtomobil vurub.

İdarəetməni itirən avtomobil daha sonra digər nəqliyyat vasitəsinə çırpılıb.

Xəsarət alan piyada təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS