VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çilinin paytaxtı Santiaqoda yerləşən zooparkda dəhşətli hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, bir nəfər şəxs intihar məqsədi ilə aslan qəfəsinə girib. Şənbə günü "Metropolitan" zooparkında qeydə alınan hadisə bütün dünyada şok effekti yaradıb. Əynindəki paltarları çıxardıqdan sonra dini şüarlar söyləyərək aslanların olduğu qəfəsə girən gəncə heyvanlar hücum çəkib.

Zooparkın müdiri Alexandra Montalva gənc adamın ziyarətçi bileti alaraq zooparka girdiyini söyləyib. "Bu hadisə bir dişi və bir erkək aslanın ölümünə səbəb oldu. Bundan çox kədərləndik. Əlimizdə sakitləşdiricilər olmadığı üçün bu cür tətbir almağa məcbur olduq", - deyə zooparkın müdiri bildirib. 

Adının Franko Luis Ferrada Roman olduğu açıqlanan 20 yaşındakı adamın vəziyyətinin kritik olduğu deyilir. 
 
BAKU.WS