SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda kütləvi dava olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində baş verib. Fərmanov Sakit Əziz oğlu və onun qardaşı Fərmanov Cəbrənsarı ilkin məlumata görə, 6 nəfər tərəfindən döyülüb.

Qardaşlar Gəncə şəhərində yerləşən müxtəlif xəstəxanalara yerləşdilib və vəziyyətləri orta-ağırdır. Hələlik qardaşların hansı səbəbdən döyüldüyü məlum deyil.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS