SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda ata və oğlu avtomobil vurub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Quşçular kəndində baş verib. Müzəffər Salmanov və onun 38 yaşlı oğlu Əsgər Salmanovu avtomobil vurub. Nəticədə ata hadisə yerindəcə keçinib, oğlu Ə.Salmanov isə xəstəxanaya yerləşdirilib. Hazırda Əsgər Salmanovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, qəza hadisəsi "Mercedes" markalı avtomobil ilə törədilib.

BAKU.WS