SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS